Ermənistanın iki hərbçisi itkin düşüb

14 İyul 2021 19:54

Ermənistanda iki hərbçisi itkin düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, iyulun 14-də dumanlı hava şəraitində avtomobillə xidmət aparan Artur Nalbandyan və Aramais Torozyanla (sürücü) əlaqə kəsilib.

Axtarışlar hələlik nəticə verməyib.

Erməni hərbçilərin Qara göl yaxınlığında itkin düşüyü bildirilir.

Milli.Az