Bakıda əcnəbinin 8 min dollarlıq saatı oğurlandı

14 İyul 2021 20:12

Bakıda əcnəbinin 8 min dollar dəyərində əşyaları oğurlanıb.

Milli.Az ''Qafqazinfo''ya istinadən xəbər verir ki, hadisə iyulun 12-də Səbail rayonu ərazisində baş verib.

Belə ki, xarici vətəndaş polisə müraciət edərək özünə məxsus 8 min ABŞ dolları dəyərində qol saatının, mobil telefon və idman ayaqqabısının oğurlandığını bildirib.

Oğurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini Ş.Həsənov saxlanılıb.

Milli.Az