Ahmet Kural həbs olunacaq

14 İyul 2021 20:06

Müğənni Sıla Gençoğlunu döydüyü üçün hakim qarşısına çıxan Ahmet Kuralla bağlı yeni qərar verilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Ahmet bundan əvvəl həbs cəzası almış, daha sonra qərar ləğv olunmuşdu.

Yenidən hakim qarşısına çıxan Kuralla bağlı son qərar verilib. Sılaya əl qaldıran Ahmet yenidən 1 il 4 ay 20 gün həbs cəzası alıb.

Milli.Az