Qüsurlu şəxsi öldürüb başını və orqanlarını kəsən şəxsə cəza - Ölüm hökmü ömürlük həbslə əvəzləndi

14 İyul 2021 19:06

Konyanın Bozkır bölgəsində əqli cəhətdən problemli Mustafa Somekin başını və cinsiyyət orqanını kəsərək vəhşicəsinə öldürdüyü üçün mühakimə olunan 41 yaşlı Mucahit Minazın cəzası açıqlanıb.

Milli.Az haberturk-ə istinadən xəbər verir ki, dəhşətli qətldə təqsirləndirilən şəxs ömürlük həbs cəzasına məhkum edilib. Hadisə 2020-ci il noyabrında baş verib. "Daha əvvəl tanımadığım Mustafa Someki yolda gördüm və o anda qərar verdim ki, onu öldürüm. Bıçaqla öldürdüm", - deyə qatil etiraf edib.

Kamran Seyidov
Milli.Az