Azərbaycanda körpələr evi koronavirusa görə bağlandı

14 İyul 2021 15:28

Tovuz rayonunun Aşağı Quşçu kəndindəki 1 saylı Körpələr evinin fəaliyyəti müvəqqəti dayandırılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, buna həmin müəssisədə tərbiyəçi işləyən qadının koronavirusa tutulması səbəb olub.

Qeyd edək ki, həmin şəxs vaksin olunmasına baxmayaraq, COVID-19-a yoluxub.

Milli.Az