Aktrisa küsməyinin səbəbini açıqladı

14 İyul 2021 16:34

Aktrisa İrem Helvacıoğlu Özcan Dənizlə aralarında yaşanan qalmaqala aydınlıq gətirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi qatıldığı mükafatlandırma gecəsində "Seni çok bekledim" serialında tərəf müqabili olduğu Dənizlə ekran işi bitdikdən sonra küsmələrinin səbəbini açıqlayıb.

O bildirib ki, Özcan onunla bağlı paylaşımlarını silib:

"Heç bir söz demədən fotoları sildi. Nə baş verdiyini anlamadım. Mən də ondan sonra niyə qalsın deyib, sildim. Bir az keçəndən sonra isə izləmədən çıxartdım".

Milli.Az