Bakıda güclü külək əsəcək

14 İyul 2021 13:41

Bakıda güclü külək əsəcək.

Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında bildirilir.

Məlumata görə, iyulun 14-ü axşamdan 15-i gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 10-15 m/s, arabir 18-20 m/s-dək güclənəcəyi gözlənilir.

Milli.Az