Ermənistanda koronavirusdan ölənlərin sayı 4 552-yə yüksəlib

14 İyul 2021 12:54

Ermənistanda daha 159 nəfər COVID-19 pandemiyasına yoluxub.

Milli.Az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda virusa yoluxanların sayı 226 756-ya çatıb. Son sutkada daha 3 nəfər koronavirusdan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 552-yə yüksəlib.

Nazirliyin yaydığı məlumatda qeyd olunub ki, koronavirusa yoluxan 217 896 nəfər sağalıb, 3 198 pasiyent müalicə olunur.

Milli.Az