“Pakistanla sərhəddə keçid-buraxılış məntəqəsini ələ keçirmişik” - Taliban

14 İyul 2021 12:44

"Taliban" qruplaşması Əfqanıstanla Pakistan sərhəddində Spin-Boldak keçid-buraxılış məntəqəsini ələ keçirdiyini iddia edib.

Milli.Az xəbər verir ki, məlumatı "RİA Novosti" yayıb.

Bildirilib ki, keçid-buraxılış məntəqəsi ticarət əlaqələri baxımından strateji məntəqə sayılır.

Qeyd edək ki, ABŞ və NATO qoşunlarını Əfqanıstandan çıxarır. "Taliban" qruplaşması isə ölkə ərazisinin 85 faizinə nəzarət etdiyini iddia edir.

Milli.Az