Sevgilisinə görə serialdan kənarlaşdırılır?

14 İyul 2021 09:29

Aktyor Durul Bazan "TRT 1"də yayımlanan "Dünya hali" serialından ayrılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyorun hansı səbəbdən layihədən ayrıldığı açıqlanmayıb.

Qeyd edək ki, Durul Bazan özündən 22 yaş kiçik həmkarı Gülsim Ali ilə eşq yaşayır. Kanalın bu münasibət səbəbindən aktyoru ekran işindən kənarlaşdırdığı deyilir.

Milli.Az