Şəmkir rayonunun Şiştəpə kənd sakini 1976-cı il təvəllüdlü İntizam Hüseynov ailə münaqişəsi zamanı həyat yoldaşı, 1990-cı il təvəllüdlü Mahizə Hüseynovanı və qaynanası, 1963-cü il təvəllüdlü Sədaqət İbadullayevanı bıçaqlayıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, nəticədə qayınanası xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib, həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
İ.Hüseynov Şəmkir Rayon Polis şöbəsinin və Prokrorluq əməkdaşlarının keçirdikləri birgə əməliyyat zamanı saxlanılıb.
Qeyd edək ki, M.Hüseynova İ.Hüseynovun ikinci həyat yoldaşıdır.
Milli.Az