"İndi kişilər silikon deyil, təbiilik istəyirlər"

13 İyul 2021 18:44

"Müğənni olmaq üçün əvvəlcə saçlarını qaynaq etdirirlər. Hamısının saçı qaynaqdır". 

Milli.Az sherq.az-a istinadən xəbər verir ki, bu sözləri "Tolik ilə səmimi" verilişində müğənni Afət Fərmanqızı söyləyib. O, fikirlərinə bunları da əlavə edib:

"Mütləq uzun saçı və armudvari bədən forması olmalıdır. Bir video çəkib sosial şəbəkə hesabında da paylaşmalıdı. Dodaq da şişirdilməlidir. Bu əməliyyatları da etdirmək üçün pul lazımdır. Özlərinə maya qoyduqca bəzi başı boş kişilər də onlara pul xərcləyir. Əksəriyyəti də anlamır, elə bilirlər xanım təbiidir. Amma indi ayrılıblar. O xanımlar onlara maraqlı deyil. Təbiilik istəyirlər".

Milli.Az