Özbəkistanda sel nəticəsində 8 nəfər ölüb

13 İyul 2021 18:40

Özbəkistanda leysan yağışları nəticəsində meydana gələn sel insan tələfatına səbəb olub.

Milli.Az APA-ya istinadən bildirir ki, Özbəkistanın Qırğızıstanla sərhəd Namanqan vilayətində sel nəticəsində 8 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Özbəkistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu gün saat 13:30-da Qırğızıstanın Cəlal-Abad bölgəsində yağan güclü yağışlar səbəbindən Namanqan vilayətində Kasansay çayı daşıb.

Ərazidə axtarış və xilasetmə işləri davam edir.

Milli.Az