Monika Belluççinin özü kimi gözəl qızı ilə FOTOlar

13 İyul 2021 17:42

Məşhur aktrisa Monika Belluççi 16 yaşlı qızı Deva Kasselə fotosessiya etdirib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, "Vogue" jurnalının üz qabığına çəkilən diva müsahibəsində bu təklifin qızndan gəldiyini deyib:

"Qızım dedi ki, axırıncı dəfə birlikdə çəkiləndə qarnında idim, öz yoluma başladığım ərəfədə bunun yenidən baş verməsini istəyirəm".

Monika Belluççi bildirib ki, qayğıkeş anadır və qızının fikirlərinə hörmətlə yanaşır:

"O, müstəqil və azad qızdır. 13 yaşından tək səyahətlər edir və 5 dildə danışır".

Milli.Az