Dünyanın ən gülməli videosu seçildi - VİDEO - FOTO
11 Fevral 2012 11:28
Milli.Az "Mashable"a istinadən bildirir ki, "Google" proqramçılarının hazırladıqları xüsusi alqoritm milyonlarla video arasında ən gülməli görüntüləri olanları seçib.
Dünyanın ən gülməli videosu adına Rusiyada çəkilən və Markiz adlı pişiyin "baş qəhrəman" olduğu "Yox, yox, yox deyən pişik" ("No No No Cat") layiq bilinib.
"Təbii, bu video baxış sayına görə on və yüz milyonlarla baxışa malik videolardan geridədir. Lakin biz baxışların sayını yox, videoçarxa yazılmış şərhləri əsas götürdük", - "Google"un açıqlamasında bildirir.
İkinci yeri isə zefir üstündə dalaşan ayı və adamdan bəhs edən video tutub.