Təhsil Nazirliyi valideynlərə müraciət edib

13 İyul 2021 13:24

Təhsil Nazirliyi valideynlərə müraciət edib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, qurumun birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbulla bağlı övladının müsabiqə nəticəsindən narazı olan valideynlər iyulun 16-dək apellyasiya müraciəti edə bilərlər.

Müraciətləri Təhsil Nazirliyi tərəfindən yaradılmış [email protected] elektron poçt ünvanına göndərmək lazımdır.

Milli.Az