“Neftçi” fransalı müdafiəçi ilə müqavilə imzalayır

13 İyul 2021 11:54

Fransanın "Havr" klubunun futbolçusu Romain Bask karyerasını Azərbaycanda davam etdirəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "LEquipe" nəşri yayıb.

Fransanın II liqa təmsilçisi ilə yollarını ayıran mərkəz müdafiəçisinin müqavilə üçün Azərbaycana yollandığı bildirilib. 26 yaşlı oyunçu "Neftçi" ilə 2 illik müqavilə imzalayacaq və avrokubokların növbəti mərhələsi üçün sifariş olunacaq.

Qeyd edək ki, fransalı 2018-ci ildən "Havr"ın formasını geyinir.

Milli.Az