Nuhun gəmisinin olduğu deyilən yerdə musiqi səsləri yüksəldi - İnsanlar 40 il sonra oraya axın etdi - VİDEO

13 İyul 2021 10:39

Türkiyənin Şırnak vilayətindəki Cudi dağında 40 il sonra festival təşkil edilib.

Milli.Az metbuat.az-a istinadən terrorçulardan təmizlənən bölgəyə yüzlərlə sakin axın edib.

Festivalda dualar edilib, musiqilər səsləndirilib. Qeyd edək ki, islami inanclara görə, tufandan sonra Nuhun Gəmisi Cudi dağı üzərinə oturub. Festival iştirakçıları Nuhun gəmisinin torpağa oturduğu inanılan yerdə namaz qılıb. 

Milli.Az