Təhlükəli əyləncə: Uçurumun kənarında yellənən qızlar yıxıldı - VİDEO

13 İyul 2021 10:34

Dağıstanda təhlükəli əyləncə qızlar üçün az qala faciə ilə nəticələnəcəkdi. 

Belə ki, Sulak kanyonunda uçurumun kənarında yelləncəkdə yellənən qızlar yıxılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, videodan görünür ki, qızlar heç bir təhlükəsizlik tədbirləri görməyiblər. Buna baxmayaraq, möcüzəvi şəkildə ciddi xəsarət almayıblar.

Hadisə yerinə gələn polislər atrraksionun təşkilatçıları barədə yoxlamalara başlayıblar.

Milli.Az