Ceki Çan Çin Kommunist Partiyasına üzv olmaq istəyir

13 İyul 2021 08:28

Məşhur aktyor Ceki Çan bu yaxınlarda Pekində keçirilən forumda çıxışı zamanı Çin Kommunist Partiyasına (ÇKP) üzv olmaq istədiyini bildirib.

"Mən partiyanın əzəmətini görürəm, o dediklərini və vəd etdiklərini 100 ildən az müddətdə, bir neçə onillikdə yerinə yetirəcəkdir", - deyə aktyor vurğulayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, aktyor partiyanın qurulmasının yüz illiyinə həsr olunmuş teatrlaşdırılmış tamaşada iştirak edib. O, partiyanın rəhbərliyi altında yaponlara qarşı döyüşən hərbçilərin şücaətindən təsirlənib.

Milli.Az