Qadınların kişilər haqqında bilmədiyi faktlar

24 İyul 2021 03:02

Açıqsözlülük
Psixoloqlar çoxdan sübut ediblər ki,kişilərin onlara üstüörtülü söz deyilməkdən xoşları gəlmir.Onlara deyilən sözün arxasında hansısa fikrin olmasından da kişilər xoşlanmır və belə hadisələrə əsəbləşirlər.Olar qadınların demək istədiyi sözün açıq-aşkar söyləmələrini xoşlayırlar.
Yaltaqlıq
Qadınlar kişilər haqqında bir çox faktları öyrəniblər,amma onların kişilərə yaltaqlanan qadınlardan xoşları gəlmədiyini bilmirlər.Hər bir kişi öz qadınının əvvəlki sevgililərindən daha yaxın olmağı arzulayır və bunun qadın tərəfindən ona deyilməyindən xoşlanır.Amma,heç bir kişi qadınının ona yalandan yaltaqlanmağından xoşlanmır.
Baş rol
Bütün kişilər qadınlar üzərində üstünlüklərini hiss etmək və hiss etdirmək istəyirlər.Bu hamıya məlumdur.Amma kişilər əslində qadınların onlar üzərində hiyləgərcəsinə dominantlıq təşkil etdiyini bilmir.Hiyləgər və ağıllı qadınlar ərlərini özlərindən üstün tuturmuş kimi göstərib,özləri ərlərini idarə edirlər.
Kişilər yalan danışmağı sevir
Kişilərin əksəriyyəti öz qadınlarını aldatmağı xoşlayır.Hətta onların əksəriyyəti üçün bu,adət şəkli alıb.
Qeybət
Kişlər lazım olmayan adamlar haqqında məlumat toplamağı və bu barədə danışmağı xoşlamırlar.
Gizli hisslər
Kişilərin romantik kinoya baxdıqları və yaxınlarının öldüyü zaman ağlamadıqlarını hamı bilir.Amma,kişilərin kədərli və tənha zamanlarında ağladıqları haqda heç kim bilmir.Kişilər öz hisslərinin insanların içərisində biruzə verə bilmirlər və gizli saxlayırlar.Bu səbəbdən də onların ömürlərinin qadınların ömründən az olur.
Seks haqqında düşüncə tərzi
Kişilərin seks barədə olan düşüncə tərzi qadınlarınkından çox fərqlidir.Kişilər üçün sevgi yatqada istədiyinə nail olmaq və qısa bir zamanda intim əlaqəyə girməkdən ibarət olur.
Hissəri gizlətmək
Kişilərin əksəriyyəti öz sevgilərini ifadə etməkdə çətinlik çəkirlər.Onlar bu səbəbdən öz hisslərini gizlədirlər.Qızların "Sevgililər günü" belə eşitmək istədiyi sevgi sözlərini dilinə gətirə bilməyən kişiləri sayı bunu etiraf edənlərdən qat-qat çoxdur.

Milli.Az