Dənizdə iki nəfər batıb

12 İyul 2021 20:59

Bakıda iki nəfər dənizdə batıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, Sabunçu rayonu Pirşağı qəsəbəsində qeyri-çimərlik ərazisində iki nəfərin boğulması barədə məlumat daxil olub.

Əraziyə FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub.

Hazırda axtarışlar davam etdirilir.

Milli.Az