“Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərmanda dəyişiklik edilib

12 İyul 2021 16:41

Prezident İlham Əliyev "Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Fərmanla "Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanının 5.3-cü bəndi ləğv edilir.

Milli.Az