Coli bu dəfə reperlə konsertə birlikdə getdi - FOTOlar

13 İyul 2021 05:48

Hollivud ulduzu Ancelina Coli və məşhur reper "The Weeknd"in sevgili olması ilə bağlı daha bir sübut ortaya çıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 46 yaşlı aktrisa və 31 yaşlı musiqiçi kanadalı müğənni Mustafanın Los-Ancelesdəki konsertinə qatılıb.

Coli tədbirə qızları Zaxar və şaylo, "The Weeknd" isə dostları ilə gəlib. Tanınmışlar birlikdə görüntülənməmək üçün bir-birindən aralı məsafədə oturublar.

Qeyd edək ki, aktrisa və reper ötən ay Los-Ancelesdə restoranlardan birində birlikdə görüntülənmişdi. Onlar dost olduqlarını iddia etsələr də, səmimi münasibətləri diqqətdən qaçmayıb.

Milli.Az