Elman Bayramov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

12 İyul 2021 14:50

Prezident İlham Əliyev E.B.Bayramovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xidmətlərinə görə Elman Bayram oğlu Bayramov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin.

Milli.Az