Yay mövsümü başlayandan Bakıda 29 nəfəri gün vurub

12 İyul 2021 15:59

Yay mövsümü başlayandan bu günə qədər günvurma şikayəti ilə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 29 nəfər müraciət edib.

Səhiyyə Nazirliyindən Milli.Az-a bildirilib ki, onlardan 10-u hospitalizasiya edilib, 19-na yerində yardım göstərilib.

Müraciət edənlərdən 8 nəfəri uşaq olub, onlardan 3-nə yerində yardım edilib. 21 böyükdən isə 7 nəfərinə yerində yardım edilib.

Qeyd olunub ki, ötən həftə ərzində günvurma ilə əlaqədar 1 nəfər müraciət edib.

Milli.Az