Prezident təsdiqlədi: Bu uşaqlara pul veriləcək

13 İyul 2021 22:31

Azərbaycanda müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına aylıq müavinət ödəniləcək.

Bu, Prezident İlham Əliyevin iyulun 13-də imzaladığı "Hərbi qulluqçuların statusu haqqında" qanununa dəyişiklik edilməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən, şəxs müddətli həqiqi hərbi xidmətdə olduğu zaman hər övladına aylıq 100 manat sosial müavinət ödəniləcək.

Milli.Az