Şəhid kapitanın cənazəsi ailəsinə təhvil verildi - VİDEO

12 İyul 2021 11:29

İyulun 10-da nəşi tapılan Vətən müharibəsi şəhidi kapitan Pənah Əkbərovun cənazəsi ailəsinə təhvil verilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, P. Əkbərovun nəşi bu gün Xətai rayonunda yaşayan ailəsinin evinə gətirilib.

Qeyd edək ki, şəhidimizin nəşi 9 aydan sonra tapılıb. Ə. Pənahovla sonuncu dəfə Murovdağda olarkən əlaqə saxlanılıb. Müharibənin gedişində düşmən tərəfi sosial şəbəkədə 31 yaşlı kapitanın hərbi biletinin şəklini yaymışdı.

Milli.Az