Koronavirusdan evdə müalicə olunanların DİQQƏTİNƏ

13 İyul 2021 03:18

Bakıdakı 19 saylı poliklinikasının COVID-19-la mübarizə məntəqə komandası  xəstəliyi evdə keçirənlərə tövsiyələr verib.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, tövsiyələr bunlardır:

"- Evinizdən, qaldığınız yerdən çıxmayın və qonaq qəbul etməyin,

- Mümkünsə, digər ailə üzvlərindən ayrı bir otaqda qalın,

- Otağınızı mütəmadi olaraq yaxşı havalandırın,

- Yalnız öz gigiyena vasitələrinizdən istifadə edin və ailə üzvləri ilə bölüşməyin, paylaşmayın".

Milli.Az