Bayrağı cıran iranlı qadın parça-parça olunmaqdan güclə qurtardı - Deportasiya olunacaq - VİDEO

12 İyul 2021 10:34

İstanbulda (Türkiyə) türk bayrağını cıran iranlı qadın vətəndaşların sərt təpkisi ilə üzləşib.

Milli.Az haberturk-a istinadən xəbər verir ki, baş verən insident ətrafdakılar tərəfindən telefonlara köçürülüb. Məlmara görə, bu addımı atan qadın ölkədən çıxarılacaq. O da qeyd edilir ki, qadın linç olunmaq təhlükəsindən güclə qurtulub.

Kamran Seyidov
Milli.Az