Harvard türk mühəndislərin ixtirasını aldı - VİDEO

12 İyul 2021 13:04

Yeni cihaz bir çox xəstəliklərin müalicəsində istifadə oluna biləcək.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu cihaz vasitəsilə miqren ağrıları, depressiya, yuxu pozuntuları və əzələ ağrıları kimi narahatlıqlar müalicə edilə biləcək.Qulaqdakı vaqus sinirinə elektrik verməklə çalışacaq cihazın streslə əlaqəli xəstəliklərin müalicəsinə töhfə verə bilməsi böyük maraqla qarşılanıb.

Qeyd edək ki, "Vagustim" adlı cihazı mobil tətbiqlə idarə etmək mümkün olacaq.

Milli.Az