13 yaşlı oğlan yeni doğulan bacısını yeddinci mərtəbədən yerə atdı

12 İyul 2021 10:19

Moskvanın şimalında hər kəsi şoka salan hadisə yaşanıb.

Milli.Az kp.ru-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl ana yeni doğulan körpəsini evə gətirib. 13 yaşlı psixi durumu ağır olan oğlu ilə evdə olan ana çölə çıxan kimi dəhşətli hadisə baş verib. 13 yaşlı oğlan qəfil uşağı götürüb binadan yerə atıb. Yeddinci mərtəbədən yerə düşən uşağı həkimlərin səyinə baxmayaraq xilas etmək mümkün olmayıb. 13 yaşlının durumu nəzərər alınaraq faktla bağlı cinayət işi qaldırılmayıb.

Kamran Seyidov
Milli.Az