77 nəfərin qatili 7 milyon funt-sterlinq qazana bilər

12 İyul 2021 10:14

Norveçli radikal sağçı Anders Breyvik 20 kinematoqrafçıya məktub göndərib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki,  77 nəfərin həyatına son qoymuş qatil onun həyatı barədə film çəkmək və avtobioqrafik kitab çap etməyi təklif edib.

Cinayətkar özünün yazdığı ssenari və kitabın müəlliflik hüquqlarını 7 milyon fint-sterlinqə satmağa hazır olduğunu bəyan edib.

Qeyd edək ki, hazırda həbsxana həyatı yaşayan 42 yaşlı Breyvik 2011-ci ilin iyulun 22-də Oslonun mərkəzindəki parkda 8, Norveç Fəhlə Partiaysının gənclər düşərgəsində isə 69 nəfəri öldürüb. Əməlini Norveç mədəniyyətinin xilası ilə əsaslandıran qatil 21 il həbs cəzası alıb.

Milli.Az