Məşhur supermodel türk musiqisini dinləyir

12 İyul 2021 09:04

Tanınmış supermodel Bella Hadid maraqlı açıqlaması ilə gündəmə gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki,  Fələstin əsilli modelin türk musiqisini dinlədiyi məlum olub.

Pərəstişkarlardan birinin sosial şəbəkədə ona ünvanladığı "Türkcə mahnı dinləyirsinizmi?" sualına supermodel Rabia Tuncbiləyin "Müsaadenle" mahnısını qeyd edərək, "Bu mənim ən çox sevdiklərimdən biri", - yazaraq cavab verib.

Bella Hadid bu yaxınlarda Türkiyəyə gələ biləcəyini də vurğulayıb.

Milli.Az