Final öncəsi insident

11 İyul 2021 23:19

Avro-2020-nin finalında İtaliya - İngiltərə matçı öncəsi azarkeşlər arasında insident baş verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ingiltərəli fanatlar italiyalı azarkeşlərə hücum ediblər. Onlar rəqibin tərəfdarlarına pivə butulkaları və daş atıblar.

Həmçinin fanatlar 3 italiyalı azarkeşi döyüblər.

Qeyd edək ki, Londondakı "Uembli" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Milli.Az