Mətanət Əliverdiyeva "Xəzər"də aparıcılığa başlayır - Özü açıqladı

12 İyul 2021 01:38

Aparıcı Mətanət Əliverdiyeva "Xəzər TV"də çalışacaq.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Mətanət Əliverdiyeva bu haqda məlumat verib.

O, "Gəzək bişirək" adlı proqrama aparıcılıq edəcəyini bildirib: "MTV ilə yanaşı Xəzər televiziyasında da fəaliyyət göstərəcəyəm. Veriliş prodakşn məhsuludur və "Xəzər"də yayımlanacaq".

Qeyd edək ki, Mətanət Əliverdiyeva MTV-də "6/8 axşam şousu" adlı verilişə aparıcılıq edir

Milli.Az