"Qarabağ" "Arsenal"a uduzdu

11 İyul 2021 21:09

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün növbəti yoxlama oyununa çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Rusiyanın "Arsenal" komandası ilə qarşılaşıb. Ağdam klubu Tula təmsilçisi ilə görüşdən məğlubiyyətlə ayrılıb - 0:1.

Xatırladaq ki, "Qarabağ" Avstriyadakı ilk yoxlama matçında Bolqarıstanın ÇSKA (Sofiya) komandasını 1:0 hesabıyla məğlub etmişdi.

Yoxlama oyunu

11 iyul

"Qarabağ" - "Arsenal" (Tula) 0:1

Milli.Az