Xumar Qədimovadan qızmar hit

30 Aprel 2010 17:39
Bu barədə Milli.Az xəbər portalına danışan müğənni deyir ki, bunun ardınca isə payız ayları üçün silsilə yeni mahnılar hazırlayacaq.

"Mahnıların hər biri ayrı-ayrılıqda hitə çevriləcək. Bunu əvvəlcədən hiss edirəm. Bundan başqa Zeynəb Xanlarovanın repertuarından "Yalan dünya" mahnısını ifa etmişəm. Ümumiyətlə, Zeynəb xanımın mahnılarının vurğunu olan bir sənətçi kimi onun repertuarından daha bir neçə mahnını ifa etməyə hazırlaşıram"- o, deyib.

Söhbət əsnasında Xumar xanım mayın 1-də ad gününü qeyd edəcəyi ilə bağlı yayılan xəbərlərə də toxundu.

"Mənim ad günüm aprelin 26-da olub və bunu ailə üzvlərim, bir neçə sənət dostumla qeyd etmişəm. Mən törənləri kütləyə sızdırmağın tərəfdarı olmadığım üçün bu barədə xəbər yayılmayıb.  Bu səbəbdən də ad günü tariximdə yanlışlıq olub" - deyə Xumar xanım bildirdi.

Xədicə
Milli.Az