Yevlaxda avtomobil kanala aşıb, 3 nəfər xəsarət alıb

11 İyul 2021 20:16

Yevlaxda minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Milli.Az "Report"a istinadən bildirir ki, minik avtomobilinin sürücüsü idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.

Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az