11 milyon avronu qazansalar, xeyriyyə qurumuna verəcəklər

11 İyul 2021 19:41

İngiltərə millisinin futbolçuları Avro-2020 mükafat fondlarını xeyriyyə qurumları arasında bölüşməyə hazırdır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Talk SPORT" məlumat yayıb. İngiltərə finalda İtaliyanı məğlub etsə, komandaya 11 milyon avro ödəniləcək.

Qeyd edək ki, bu gün "Uembli" stadionunda keçiriləcək İtaliya - İngiltərə görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Milli.Az