Antonella Messini belə təbrik etdi

11 İyul 2021 17:05

Amerika kubokunun qalibi olan Argentina millisinin kapitanı Lionel Messini ilk təbrik edənlərdən biri də həyat yoldaşı Antonella olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, Tvitter səhifəsində bu barədə yazıb: "Biz çempionuq!!! İrəli Argentina! Mənim sevgilim, Tanrı qurduğun xəyyaları gerçəkləşdirdi. Buna layiqsən. Qələbəni qeyd edəcəyimiz anı səbirsizliklə gözləyirəm".
 
Qeyd edək ki, Messi Braziliya üzərində 1:0 hesablı qələbə ilə milli komandada ilk kubokunu qazanıb.

Milli.Az