Moldovada erkən parlament seçkiləri keçirilir

11 İyul 2021 12:28

Moldovada növbədənkənar parlament seçkiləri keçirilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, səsvermə məntəqələri saat 7-dən öz işinə başlayıb. Vətəndaşlar 2 mindən çox məntəqədə səs verə biləcəklər.

Moldova qanunvericiliyinə görə, vətəndaşların üçdə biri səsvermədə iştirak edərsə, seçkilər baş tutmuş sayılacaq.

Milli.Az