Gürcüstanda koronavirusdan ölənlərin sayı 5 452 nəfərə çatıb

11 İyul 2021 12:04

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 952 yoluxma halı qeydə alınıb, 9 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 377 152, ölənlərin sayı isə 5 452 nəfərə çatıb. Virusa yoluxanlardan 359 226 nəfərin sağaldığı bildirilir.

Milli.Az