"Pirveli TV"nin əməkdaşı öldü - Aksiyada döymüşdülər

11 İyul 2021 11:04

İyulun 5-də Gürcüstanda LGBT tərəfdarlarının "Qürur yürüşü" əleyhinə aksiyalar zamanı hücuma məruz qalaraq yaralanmış media işçisi xəstəxanada vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, "Pirveli TV"nin operatoru Lesko Laşkarava bir neçə gündür müalicə aldığı klinikada vəfat edib. Onun ölümünün səbəbinin hələlik dəqiq müəyyən edilmədiyi bildirilir.

Qeyd edək ki, polis media işçisinə hücumla əlaqədar iki nəfəri saxlayıb.

Milli.Az