Müharibədə itkin düşən kapitanın nəşi tapıldı

10 İyul 2021 13:35

Azərbaycan Odusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.

Milli.Az xəbər verir ki, 9 aydır itkin düşən kapitan Əkbər Bəylər oğlu Pənahovun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

O, Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.

Şəhid iyulun 12-də Bakıda dəfn ediləcək.

Qeyd edək ki, Ə.Pənahov 12 avqust 1990-cı ildə anadan olub.

Allah rəhmət eləsin!

Milli.Az