Haiti Prezidentinin ölümündə şübhəli bilinən 19 nəfər nəzarətə alınıb

10 İyul 2021 08:08

Haiti hüquq-mühafizə orqanları tərəfindən ölkə prezidenti Jovenel Moizə qarşı sui-qəsddə iştirak etməkdə şübhəli bilinən 19 nəfəri nəzarətə altına alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Haiti Milli Polisi rəsmi "Facebook" səhifəsində məlumat yerləşdirib.

Bildiriblib ki, nəzarətə alınanların 17-si Kolumbiya, 2-si isə amerika-haitilidir.

Xatırladaq ki, iyulun 6-dan 7-nə keçən gecə Haiti Prezidenti Jovenel Moiz və həyat yoldaşına iqamətgahında sui-qəsd olunub. Naməlum şəxslər iqamətgaha daxil olaraq onları güllələyib. Prezident hadisə yerində ölüb, həyat yoldaşı isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

Milli.Az