Türkmənistan sərhədə qoşun yığır - "Taliban" təhlükəsi

10 İyul 2021 21:09

Türkmənistanın Müdafiə Nazirliyi Əfqanıstanla sərhəddə yerləşən Serhetabad (keçmiş adı Quşğa) və Taxtabazar sərhəd yaşayış məntəqələrinə çox sayda zirehli texnika və canlı qüvvə cəmləyir.

Milli.Az turkmen-news-a istinadən bildirir ki, bu, Əfqanıstandakı "Taliban" hərəkatının yaraqlılarının Türkmənistan sərhədinə yaxınlaşması fonunda baş verir.

Milli.Az