Çində göydələnlərin tikintisinə məhdudiyyət qoyulub

9 İyul 2021 22:15

Çin hökuməti təhlükəsizlik məqsədilə 500 metrdən yüksək binaların tikintisini qadağan edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hökumət, həmçinin hündürlüyü 250 metrdən çox olan binaların tikilməsini məhdudlaşdırıb. Yüz metrdən hündür binaların inşasına isə yalnız o hallarda icazə verilir ki, həmin rayonlarda yanğının sürətlə söndürülməsi üçün bütün lazımi şərait olsun.

Məlumata görə, dünyadakı super göydələnlərin yarısı Çində yerləşir.

Milli.Az