Çempionlar Liqasının yeni topu belə olacaq - FOTO

10 İyul 2021 20:02

UEFA Çempionlar Liqasının 2021/2022 mövsümünün topunun fotoları yayılıb.

Top ağ rəndədir. Onun üzərində qara, çəhrayı, sarı, qırmızı və narıncı rənglərdə işlənilmiş ulduzların təsvirləri yer alıb. Ulduzların rəngləri bir-birini əvəzləyir. Top üzərində həmçinin "Çempionlar Liqasının rəsmi topu" yazılmış ənənəvi loqotip yer alıb. Texniki sponsor isə "Adidas"dır.

Milli.Az