Azərbaycanda yolda faciə: 1 ölü, 3 yaralı

10 İyul 2021 19:57

Yevlax-Mingəçevir avtomobil yolunun Yevlax rayon Əkşəm kənd ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, minik avtomobilinin kiçik tutumlu yük avtomobili ilə toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Nuru Kərimov ölüb.

Qəzada yaralanan 1995-ci il təvəllüdlü Fərhad Mustafayev, 1995-ci il təvəllüdlü Ərşad Quliyev və 1975-ci il təvəllüdlü Cəvahir Həsənova və daha bir nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az